Muslera millidən gedəcəyi vaxtı açıqladı

"Qalatasaray"ın qapıçısı Fernando Muslera Uruqvay millisindəki karyerasını başa vuracağı tarixi açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadan gedəcəyini deyib. O, bundan sonra diqqətini klub karyerasına və ailəsinə həsr edəcəyini vurğulayıb.

 

Muslera 2009-cu ildən Uruqvayın əsas millisinə dəvət alır.

Tarix: 28 Oktyabr 2021 / 16:45
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017