"Roma"dan Ukrayna klubuna 4 cavabsız qol - VİDEO

Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Roma" doğma meydanda Ukraynanın "Zarya" klubunu qəbul edib. Qarşılaşma Joze Mourinyonun yetirmələrinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Roma" 5 oyundan sonra 10 xalla C qrupunun 2-cisidi. 6 xal toplayan "Zarya" isə 3-cü pillədə yer alıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.

 

"Roma" - "Zarya" 4:0

Qollar: Çarles Peres, 15, Nikolo Zaniolo, 33, Temmi Abraham, 46, 75

 

Tarix: 26 Noyabr 2021 / 12:10
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Yanvar 2022
24  DekabrYanvar 2017