Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib.

Sportal.az xəbər verir ki, əvvəlcə AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. C.Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.

​Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

Tarix: 26 Noyabr 2021 / 16:49
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

12  DekabrAvqust 2017