“Neftçi”nin dəvət göndərdiyi məşhur məşqçinin kimliyi bilindi

“Neftçi” rəhbərliyinin xidmətinə maraq göstərdiyi italıyalı məşhur məşqçinin kimliyi məlumat olub.


Həmin mütəxəssis Valter Zenqadır. 61 yaşlı çalışdırıcı Azərbaycana dəvət olunub.

 

O, bura gəlməmişdən öncə tanışları vasitəsilə artıq “Neftçi” barədə informasıya toplamağa başlayıb.

 

Zenqa hazırda işsizdir. Onun sonuncu iş yeri “Kalyari” olub. Italiya millsinin əfsanəvi keçmiş qapıçısı indiyədək ölkəsi ilə yanaşı, müxtəlif ölkələrdə, o cümlədən, Türkiyədə fəaliyyət göstərib, “Qaziantepsor”un sükanı arxasında əyləşib.

 

Gedişatdan anlaşılır ki, Samir Abasovun “Neftçi”nin getməsi an məsələsidir və zamanın öhdəsinə buraxılıb.


Bilindiyi kimi, 2 gün öncə klubun Müşahidə Şurasının iclası keçirilib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, onlayn şəkildə təşkil olunmuş yığıncaqda komandanın son nəticələri və baş məşqçi ilə hazırkı durum müzakirə edilib.

 

Şura üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər. Sonda baş məşqçiyə dəstək verən üzvlər Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

 

Rəsmi saytın yaydığı xəbər ictimaiyyətdə fərqli başa düşülüb. Elə anlaşılıb ki, Abasovun üzərində toplaşan qara buludlar şuranın dünənki iclasından sonra tamamilə dağılıb.

 

Əsla belə deyil! Həqiqət ondan ibarətdir ki, baş məşqçinin cəmi 3 turluq limiti qalıb. «Səbail», «Qəbələ» və «Sumqayıt»la matçlar onun gələcək müqəddəratını müəyyən edəcək.

 

Abasovdan maksimum nəticə istənilib. Premyer Liqanın ötən3 turunda məğlubiyyətlə üzləşən kollektiv çempionluq uğrunda mübarizədə xeyli güc itirib.

 

Lider «Qarabağ»dan 9 xal geri düşən «ağ-qaralar» bu 3 həftədə büdrəsə, demək olar titulu ilə erkən vidalaşacaq. Klub rəhbərliyi indi əlavə tədbirlər görür.

 

Samir Abasovla aylardan bəri problem yaşayan, nəhayətdə futbolçuların da ondan narazı qaldığını görən yönətim ehtiyat variant üzərində çalışır. Onların Abasovu əvəzləmək istədiyi yeni baş məşqçi italiyalıdır.

 

Zenqa Premyer Liqanın qış fasiləsinədək olan müddətdə keçirəcəyi 3 matçı stadiondan izləməli, sonra fəaliyyət proqramını hazırlayıb təqdim etməlidir.

 

Apenninli sükançıya təklif olunan müqavilənin müddəti 2+2-dir. Danışıqların gedişi hələ ki, «Neftçi» təmsilçilərinin istədiyi məcrada gedir.

 

İtaliyalı onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

 

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

 

Müşahidə Şurası dekabrın sonunda növbəti dəfə bir araya gələcək. Və orada komandanın durumuna dair yekun qərar veriləcək.

 

Ona kimi italyan mütəxəssislə görüşmələr də yekunlaşmalıdır.

 

Sportinfo.az

Tarix: 26 Noyabr 2021 / 22:30
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Yanvar 2022
24  DekabrYanvar 2017