Rüfət Dadaşovdan növbəti qol

Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası evdə “Uerdingen”lə qarşılaşıb və qalib gəlib – 4:1.

 

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.

 

“Şalke 2” bu nəticədən sonra 19 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Tarix: 27 Noyabr 2021 / 01:32
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Yanvar 2022
24  DekabrYanvar 2017