Mahirin asisti "Legiya"ya qələbə qazandırdı - VİDEO

Polşa Ekstraklasasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda "Yaqelloniya"nı qəbul edib. Matç Varşava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 24 yaşlı forvard komandasının vurduğu qolun ötürməsini edib.

 

"Legiya" 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.

 

"Legiya" - "Yaqelloniya" 1:0

Qol: Mattias Yohansson, 45+2

 

Tarix: 29 Noyabr 2021 / 11:24
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

9 Avqust 2022
8  DekabrAvqust 2017