Bir oyunda iki yubiley

Premyer Liqanın XII turu iki futbolçunun Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu “Sabah” – “Keşlə” matçında (2:1) meydana çıxıb. Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Tərlan Quliyev qonaqların heyətində şans qazanmaqla yubiley görüşünü keçirib.

 

Debütü daha tez – 2009/10 mövsümündə gerçəkləşən Tərlan bu müddətdə 3 qol vurub. O, “Keşlə”də 101 (2 qol), “Neftçi”də 48, “Kəpəz”də 35 (1 qol), “Sumqayıt”da 10, “Qarabağ”da 6 matça çıxıb.

 

2011/12 mövsümündə debüt edən Bəxtiyarın aktivində isə 4 top var. O, “Sumqayıt”da 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 19 oyunda iştirak edib.

Tarix: 29 Noyabr 2021 / 14:35
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017