"Polşada hansı kluba keçəcəyimə agentimlə qərar verəcəyik"

“Bəli, Polşada qaldım. Bir müddət əvvəl gəlmişəm bura. “Şlensk”ə keçmək variantım var idi. Sadəcə ehtiyat qapıçı məsələsi olduğuna görə olmadı. İndi isə başqa klublardan təklifim var”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Şahin Zəkiyev deyib.

“Şlensk”lə müqavilə imzalamaq üçün Polşaya yollanan kiper “Mamri”yə keçməyə yaxındı. O, yaxın vaxtlarda komandanın məşqlərinə qatılacaq. Çərçivə qoruyucusu bu cür danışıb:

“Doğrudu, “Mamri”dən təklifim var və ola bilər ki, anlaşım. Agentimlə qərar verməyə tələsmirik. Görək də necə olacaq .Polşada hansı kluba keçəcəyimə onunla qərar verəcəm".

Tarix: 29 Noyabr 2021 / 14:20
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017