AFFA-da milli komandanın baş məşqçisi ilə bağlı müzakirə olacaq

Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

Tarix: 29 Noyabr 2021 / 17:11
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017