Gənclər və idman nazirinin müavinləri dəyişdirildi

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

 

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Tarix: 29 Noyabr 2021 / 17:58
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017