Elmar Baxşıyev: "Çempionat başlayanda çox adam bu komandaya inanmırdı"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev "CBC Sport" kanalına açıqlama verib.

 

"Azarkeşlər yavaş-yavaş stadiona axışmağa başlayır. Düşünürəm ki, komandamızın göstəridiyi futbol maraq yaradıb. Onlara təşəkkür edirəm. “Qarabağ” çox keyfiyyətli komandadı. Bu rəqibə qarşı oynamaq həddən artıq çətindi. Hər iki hissədəki oyunumuzdan məmnunam. Nə fikirləşirdiksə, komanda onu etməyə çalışırdı. Əsas tapşırıq rəqibdən çəkinməyib, oyun dəst-xəttimizi qorumaq idi. Futbolçular bunun üçün sona qədər çalışdılar.

 

Çempionat başlayanda çox adam bu komandaya inanmırdı. Biz bu futbolçuları transfer edəndə bilirdik ki, bunların hansı keyfiyyətləri var. Nə mən, nə komanda turnir cədvəlinə baxmırıq. Sadəcə qarşıda gələn oyuna köklənirik və çalışırıq ki, maksimum nəticə qazanaq. 

 

Rövlan Muradovun mikro zədəsi var idi. Sonra bizə işarə erdi ki, hər şey qaydasındadı. Ona görə də Ferran Lopesin üzərində dayandıq. Ferran ümumi 20 gün hazırlıqsız qalmışdı. Düşünürdük ki, 60 dəqiqə meydanda olsun. Onu meydanda daha çox saxlasaydıq, risk etmiş olardıq".

Tarix: 29 Noyabr 2021 / 18:26
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017