Qara Qarayev: "Bərabərlik ədalətli nəticədi"

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 12-ci turunun "Qəbələ" ilə oyunundan (0:0) sonra "CBC Sport" kanalına açıqlama verib.

 

Sportal.az 29 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

 

"Qəbələ" komandası haqda bir az danışmaq istəyirəm. Qəbələ səfərləri bizim üçün heç vaxt asan olmur. "Qəbələ" son zamanlar daha təhlükəli, rəngarəng futbol oynayır. "Omoniya" ilə böyük arenadakı matçdan sonra azarkeşlərin daha az olduğu meydanda oynamaq futbolçular üçün çətin olur. Bir az problemlərimiz var idi, amma müəyyən qədər üzərimizdən ata bilmişdik. Üzərimizdə basqı yox idi. Amma futbolçularda bir az mentan olaraq yorğunluq qala bilərdi, son dəqiqələrdə buraxdığımız qola heyfslənmək və bu kimi digər amillər bizə bu gün problem yaratdı. Buna baxmayaraq "Qəbələ" yaxşı komandadı, çempionatda ən çox hörmət qazanan komandalardan biridi. Maraqlı oyun getdi. Biz də, "Qəbələ" də qələbəyə yaxın oldu. Düşünürəm ki, bərabərlik ədalətli nəticədi. 

 

Əsas heyətdə və ya ehtiyatda qalmaqla bağlı heç vaxt fikir mübadiləsi aparmamışıq. Baş məşqçimiz harada məsləhət görübsə, orada da oturmuşuq. Biz rotasiyaları normal qəbul edirik. Məşqçilərimiz bu amilləri daha incəliklə düşünür. Mənim üçün ehtiyatda ya da əsas heyətdə başlamağın heç bir fərqi yoxdu. Əsas odu ki, komandanın içindəyəm. Ümid edirəm növbəti oyunlarda daha yaxşı nəticələr qazanarıq".

Tarix: 29 Noyabr 2021 / 18:54
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

17  DekabrYanvar 2017