"Sabah" Ukrayna klubu ilə qarşılaşacaq

Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq. Görüş yanvarın 20-də, “Titatik Deluxe Football Center”in stadionunda baş tutacaq.

 

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib (1:1). Komanda təlim-məşq toplanışının son yoxlama oyununda “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.

Tarix: 17 Yanvar 2022 / 12:23
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

21 May 2022
20  DekabrMay 2017