Millimizin rəqibləri yoxlama oyunları keçirib

Bu gün yoldaşlıq oyununda qarşılaşacağımız futzal üzrə Belçika millisi dünən dogma meydanda Niderland yığması ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa çempionatının final mərhələsində ilk rəqibimiz olacaq Gürcüstan yığması isə 2 yoldaşlıq matçında gücünü sınayıb. Tacikistan yığması ilə yanvarın 15-də keçirilmiş oyunda 6:2 hesabı ilə qalib gələn rəqibimiz ertəsi gün daha məhsuldar olub 10:1.

Tarix: 17 Yanvar 2022 / 12:39
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

21 May 2022
20  DekabrMay 2017