Premyer Liqa klubu Eriksenə müqavilə təklif etdi

Danimarkalı futbolçu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçiyə "Brentford" klubu 6 aylıq müqavilə təklif edib. 

 

Qeyd edək ki, son klubu "İnter" olan təcrübəli futbolçu 2013-2020-ci illərdə "Tottenhem"də oynayıb.

 

Xatırladaq ki, Eriksen Avro-2020-nin Finlandiya ilə qarşılaşmasının 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılmışdı. Eriksen həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılmışdı.

Tarix: 17 Yanvar 2022 / 16:30
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

22  DekabrMay 2017