Fransa çempionu "Atletiko"ya keçir

"Lill"in futbolçusu Reynildo Mandava karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə “Atletiko” yaxından maraqlanır.

Madrid klubu Mandavanı mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

“Atletiko” “Lill”lə müqaviləsi yaya qədər olan mozambikli oyunçuya təklif göndərib.

İspaniya klubunun Mandava ilə razılığa gəldiyi bildirilir.

Mozambik milli komandasının da üzvü olan Mandava bu mövsüm “Lill”lə 24 oyuna çıxıb. O, ötən mövsüm "Lill"in heyətində ölkə çempionu olub.

Tarix: 17 Yanvar 2022 / 17:15
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

21 May 2022
20  DekabrMay 2017