Kamran Ağayev üçün vida matçı keçiriləcək

Millimizin veteran qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.

Sportal.az verir ki, bu barədə karyerasını bitirən 36 yaşlı qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

Ağayev vida görüşünün keçirilməsinin mümkün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, azarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

 

Tarix: 17 Yanvar 2022 / 21:30
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

21 May 2022
20  DekabrMay 2017