"Qarabağ"ın futbolçuları meydanı qardan təmizlədilər - FOTOLAR

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə bu günə nəzərdə tutuıan yoxlama oyunu baş tutacaq.

 

Sportal.az xəbər verir ki, görüşün keçiriləcəyi və “Qarabağ”ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib. Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər.

 

Qeyd edək ki, “Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə oyunu ləğv olunub.

 

“Visla” ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq. (Qol.az)

 

 

 

 

 

Tarix: 25 Yanvar 2022 / 15:37
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

21 May 2022
20  DekabrMay 2017