AFFA “Bahar turniri” keçirəcək

AFFA-nın təşkilatçılığı ilə mayın 21-də Zaqatalada, mayın 22-də isə Mingəçevirdə 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək.

Sportal.az xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Şimal-Qərb regionu üzrə 5 komanda, Mingəçevir şəhər stadionunda təşkil olunacaq yarışda Qərb regionu üzrə isə 9 komanda mübarizə aparacaq.

Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

​Qeyd edək ki, ilk olaraq Bakı şəhərində təşkil olunan turnirin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.

Tarix: 20 May 2022 / 12:32
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017