"Şaxtyor"un futbolçusu Azərbaycan klublarının maraq dairəsində

Son bir neçə ayı icarə əsasında “Sabah”da keçirən Aleksey Kaşuk baxımlı oyunuyla diqqət çəkib. Paytaxt klubunun baş məşqçisi Murad Musayev onu daha bir il müddətinə saxlamaq istəyindədir. “Sabah”ın mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə danışıqlar davam edir.

 

Sportal.az-a daxil olan iformasiyaya görə, Kaşukun xidmətində maraqlı olan tək “Sabah” deyil. Müqavilə ilə “Şaxtyor”a məxsus olan futbolçu ilə daha bir neçə klubumuz maraqlanır. Hətta onun transfer hüququna yiyələnmək istəyən klub da var. Lakin “Şaxtyor” Kaşuku Azərbaycan klublarına satmaq istəmir. Əgər Ukraynada çempionat keçirilsə, böyük ehtimalla Aleksey öz ölkəsinin klublarından birinə icarəyə veriləcək.

 

Qeyd edək ki, Kaşuk “Sabah”a gələnə qədər icarə əsasında “Mariopol”da çıxış edib.

Tarix: 20 May 2022 / 16:58
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017