"Xan Lənkəran"ın baş məşqçisi: "Hər zaman favorit qalib gəlmir"

"Xan Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca Region Liqasının final oyunundan sonra "CBC Sport"a açıqlama verib.

Sportal.az xəbər verir ki, türkiyəli məşqçi komandasının finaldakı uğursuzluğunu bu cür şərh edib:

"Üst səviyyədə oyun oldu. Fanatların dəstəyi həqiqətən çox yaxşı idi. Əsl finala yaraşan oyun alındı. Üstün tərəf biz idik. "Cəbrayıl"ı təbrik edirəm. Qol imkanlarımızdan yararlansaydıq, hər şey fərqli olardı. Son dəqiqədə penalti vurmaq imkanı da qazandıq. Amma bundan da yararlana bilmədik. Futbolda belə anlar olur. Onsuzda hər zaman favorit qalib gəlmir”.

 

Mirbağırağa Cəfərli

Tarix: 20 May 2022 / 18:16
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017