Cavid Hüseynov: "Allah da bizim tərəfimizdəydi"

Region Liqasının finalında “Xan Lənkəran”a 1:0 hesabı ilə qalib gələn “Cəbrayıl” çempionluğu bayram edib.

Sportal.az xəbər verir ki, bu komandanın prezidenti və baş məşqçisi Cavid Hüseynov görüşdən sonra “CBC Sport”a açıqlama verib:

“Bilirdik ki, “Xan Lənkəran” güclüdü. Əsasən də hücum xəttində fərdi keyfiyyətləri yüksək olan oyunçular yer almışdı. Futbolçulara tapşırığımız o idi ki, kompakt və intizamlı oynamaq lazımdı. Hər şey 90 dəqiqədə də həll oluna bilərdi, 120 dəqiqədə də. Kompakt oynadıq, rəqibə boşluq vermədik. Oyunumuzu əks-hücumlar üzərindən qurmuşduq. Nəticəyə hesablanmış oyunumuz var idi. Doğrudu, qapımıza son dəqiqə penalti təyin edildi. Bilmək olmazdı necə bitəcək matç. Allah da bizim tərəfimizdəydi, uğur da".

“Cəbrayıl” iyunun 17-23-də Azərbaycanda kçeiriləcək UEFA Region kubokunda ölkəmizi təmsil edəcək. Hüseynov, hələ ki, turnirlə bağlı planlarının olmadığını deyib: “Bu haqda indidən danışmaq tezdi. Bilirik ki, rəqibimiz Belarus komandası olacaq. Oyunların nə zaman keçiriləcəyi və ölkəmizdə olacağını bilirik. Sadəcə indidən tezdi nəsə demək. Qarşıdakı 1-2 günə nəsə demək olar. İndi isə heç bir planımız yoxdu”.

 

Mirbağırağa Cəfərli

Tarix: 20 May 2022 / 18:43
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017