"Qarabağ"a çempionluq kuboku təqdim ediləcək

Bu gün Premyer Liqada 2021/2022-ci illər mövsümünun - sayca 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, XXVIII turun "Qarabağ" - "Neftçi" görüşündən sonra "Azersun Arena"da baş tutacaq tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medallar, “Neftçi”yə gümüş medallar təqdim ediləcək.

 

Cari mövsümün üçüncüsü “Zirə” olacağı halda kluba medallar eyni gündə “Azersun Arena”da, “Qəbələ” olacağı halda qarşıdakı günlərdə veriləcək.

 

"CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq mərasimdə turnirin bombardirinin də mükafatlandırılması nəzərdə tutulur.

Tarix: 21 May 2022 / 11:34
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017