"AFFA istəyir ki, daim onlara baş əyən, dediklərini sorğu-sualsız yerinə yetirən funksionerlərlə işləsin"

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sulatanov "Futbol+" qəzetinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı funksioner ölkə futbolunun inkişafına cavabdehlik daşıyanlar üçün futbol ictimaiyyətinin fikrinin önəmli olmadığını bildirib:

 

"İş təklifi gəlməyib. Açığı, heç gözləmirəm də. Çünki Premyer Liqanın 8 klubundan, demək olar, 5-i AFFA-nın nəzarəti altındadır. Assosiasiya da istəyir ki, daim onlara baş əyən, dediklərini sorğu-sualsız yerinə yetirən funksionerlərlə işləsin. Mən isə heç vaxt elə olmamışam, bundan sonra da olmayacam. Kim mənə hörmət edəcək, ona hörmətlə yanaşacam, hörmət qoymayanı isə əzib keçəcəm. Bu gün ölkə futbolunun inkişafına cavabdehlik daşıyanların heç biri üçün futbol ictimaiyyətinin fikri önəmli deyil. Onlar yalnız öz bildiklərini edirlər".

Tarix: 21 May 2022 / 17:14
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017