"Sabah"ın müdafiəçisi Premyer Liqa klubları arasında seçim edəcək

"Sabah"ın futbolçusu Slavik Alxasov yeni mövsümə başqa klubda başlaya bilər.

Sportal.az saytına verilən məlumatına görə, müdafiəçinin yayda hazırki klubundan ayrılacağı iddia edilir.

Onun xidmətində maraqlı olan klubların sayı da az deyil.

2022/2023 mövsümündən Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparacağı iddia edilən "Səbail" Alxasovu heyətinə qatmaq niyyətindədi.

Qışda “Neftçi”dən təklif alsa da, “Sabah”da qalmağa üstünlük verən müdafiəçinin “Səbail”, yoxsa xidmətində maraqlı olan digər klublardan birinə keçəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Tarix: 22 May 2022 / 14:10
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017