Şahruddin Məhəmmədəliyev 100-ə çatdı

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 100-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

 

Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

 

Qeyd edək ki, Şahruddin XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

Tarix: 22 May 2022 / 12:29
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017