Millimizin üzvünün komandası Polşa çempionatını 6-cı yerdə tamamladı

Polşa çempionatında 2021/22 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) son turda doğma meydanda “Stal”la qarşılaşıb. Matç Plotsk təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Visla 34 oyuna topladığı 48 xalla mövsümü 18 kollektiv arasında 6-cı pillədə başa vurub.

Tarix: 22 May 2022 / 14:45
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

27 İyun 2022
26  Dekabrİyun 2017