"Beşiktaş" konqolu hücumçu transfer edir

"Beşiktaş" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Standard"ın forvardı Cekson Mulekanı transfer edəcək. "Qara qartallar" Belçika təmsilçisi ilə 22 yaşlı qolçunu birdəfəlik almaq maddəsi ilə 1 illik icarəyə götürməklə bağlı razılıq əldə edib.

 

Konqolu futbolçu 28 iyun tarixində İstanbula gedərək "Beşiktaş"la müqavilə detallarını müzakirə edəcək.

 

Qeyd edək ki, Cekson Muleka başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 15 Super Liqa matçında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 26 İyun 2022 / 12:11
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017