"Lex" "Qarabağ"la matçdan əvvəl bu komanda ilə qarşılaşacaq

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, Polşa klubu növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. Poznan təmsilçisi "Yaqelloniya" ilə qarşılaşacaq. 28 iyun tarixində Poznan satdionunda baş tutacaq matç media və azarkeşlər üçün qapalı olacaq.

 

"Lex" əvvəlki iki yoldaşlıq oyununda "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma 5 iyul tarixində Polşada keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Tarix: 26 İyun 2022 / 12:32
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017