Rafael Ağayevdən növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib.

Sportal.az xəbər verir ki, peşəkarlar arasında "Karate Combat"da mübarizə aparan idmançı 4-cü mövsümün 4-cü döyüş gecəsində qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub.

5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.

Ağayev "Karate Combat"da Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib.

Tarix: 26 İyun 2022 / 12:54
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017