Millimizin hücumçusu İran klubuna keçdi

"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı forvard karyerasını İranda davam etdirəcək. Milli komandamızın üzvü "Fulad" klubuna keçib. Məlumatı Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.

 

Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində meydana çıxdığı 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 26 İyun 2022 / 18:26
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017