Azərbaycan millisi Avropa üçüncüsü oldu

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

 

Sportal.az xəbər verir ki, yığma qarışıq komanda (3 oğlan, 3 qız) yarışında üçüncü yer uğrunda Polşa kollektivi ilə üz-üzə gəlib. Rəqibinə 4:2 hesabı ilə qalib gələn seçməmiz qitə birinciliyinin bürünc medalına sahib çıxıb.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı səkkiz mükafatla başa vurub. Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev, Əbil Yusubov (hər ikisi 66 kq) və Əli Hacızadə (73 kq) bürünc medal qazanıb.

Tarix: 26 İyun 2022 / 21:50
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017