Millimizin üzvü: "Meydançaya qələbə üçün çıxacağıq"

Kişilərdən ibarət Azərbaycan millisinin üzvü Kənan Allahverdiyev açıqlama verib.

Sportal.az xəbər verir ki, Voleybol Federasiyasının mətbuat xidmətinə danışan libero İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlıqdan söz açıb:

“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular. May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi. Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik.

Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq. AVRO-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik”.

Tarix: 26 İyun 2022 / 23:03
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017