Məşhur braziliyalı hücumçu Azərbaycanda oynaya bilər

Braziliyalı hücumçu Vaqner Lav Azərbaycanda oynaya bilər.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı forvard ölkəmizdən təklif alıb. Bu barədə 38 yaşlı forvardın meneceri Evandro Ferreyra açıqlama verib. O, futbolçuya Türkiyə, Azərbaycan və Braziliyadan təkliflər olduğunu deyib.
 

Son klubu Danimarka "Midtyulland"ı olan təcrübəli futbolçu hazırda azad agentdir.

 

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində ÇSKA, "Monako", "Korintians", "Palmeyras", "Kayrat", "Beşiktaş", "Alanyaspor" kimi klublarda çıxış edib. O, 26 dəfə Braziliya millisinin şərəfini qoruyub.

Tarix: 27 İyun 2022 / 11:14
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

16 Avqust 2022
15  DekabrAvqust 2017