Laurentsiu Regekampf: "Planlaşdırdığımız şeyləri edə bilmədik"

"Neftçi" Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın "Rapid" klubuna 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra təşkil edilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

 

- Mənim üçün indi danışmaq çox çətindir. Planlaşdırdığımız şeyləri edə bilmədik, şanslardan yararlanmadıq. Qapımızdan çox asan iki qol buraxdıq.

 

- Qələbə üçün nə çatmadı. Futbolçular tapşırıqlarınızı sona kimi yerinə yetirmədilər?

- Hazırki durumda başımızı dik tutmalıyıq. Bu, futboldur. Birlikdə qələbə qazanıb, birlikdə məğlub oluruq. Bizdə olan şanslar rəqibdə olmadı. Hesab 0:0 olarkən təkbətək epizodu dəyərləndirmədik. Bayaq da dediyim kimi, çox asan qollar buraxdıq.

 

- 90 dəqiqə ərzində dəyişiklik etməmiyinizin səbəbi nə idi?

- Planımızda əlavə vaxt yox idi. Əlbəttə ki, dəyişiklik etmək üçün oyunçularmız var. Sadəcə olaraq bəzilərinin bu səviyyədə oynamaq üçün təcrübəsi azdır. Təəssüf ki, Azəri çox tez itirdik və məcburi dəyişiklik etdik. Bu səviyyədə oyunlarda təkbətək epizodları dəyərləndirməyib, belə asan qollar buraxırsansa, növbəti mərhələyə layiq deyilsən.

 

- Hakim idarəçiliyi haqda fikriniz necədir?

- Hakimlər haqda danışmaq mənim işim deyil. Hamı oyunu görüb. Bir çox epizodda rəqib oyunçulara sarı vərəqə göstərməli idi, amma göstərmədi. Hakim oyunun ipini əldən buraxdı. Amma bu gün hakim haqda danışmalı deyilik. Çünki, hakimə görə məğlub olmadıq.

 

Elçin Əlixan

Tarix: 12 Avqust 2022 / 01:26
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017