Ferdinand Feldhofer: "Kifayət qədər ağır oyun oldu"

"Rapid" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Avstriya klubunun baş məşqçisi Ferdinand Feldhofer jurnalistlərin suallarını cavablandırıb:

 

- Kifayət qədər ağır oyun oldu. Bakıda da belə olmuşdu. Bu gün mənəvi gücümüzü hiss etdirdik. Bütün oyunu pressinq edərək keçirdik, qapıya 30-a yaxın zərbə endirdik.

 

- İstədiyiniz oyunu görə bildiz?

- Əlbəttə ki, çətin oyun idi. Amma biz çalışdıq ki, öz gücümüzü göstərək. Qapıya 30-dan çox zərbə endirmək kifayət qədər yaxşı göstəricidir. Ferdinin oyuna daxil edilməsi böyük risk idi. Amma biz bunun nəticəsini gördük. 

 

- Bu oyun gələcəkdə yanaşmalarınızda dəyişikliklər üçün səbəb olacaq?

- Bu, uzun boşluqdan sonra bizim üçün keçid mərhələsi oldu. Digər oyunçularımız da sıraya qayıdandan sonra nəticələrimizi yüksəlməliyik.

 

Elçin Əlixan

Tarix: 12 Avqust 2022 / 01:51
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017