PSJ hücumçusunu "Renn"ə satdı

Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən Arno Kalimuendonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

20 yaşlı fransalı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Renn" bu keçid üçün Paris klubuna 25 milyon avro ödəyib.

 

Arno Kalimuendo PSJ-nin yetirməsidir. Gənc forvard son mövsümü icarə əsasında "Lans"da keçirib. O, komandanın heyətində meydana çıxdığı 33 oyunda 13 qol vurub.

Tarix: 12 Avqust 2022 / 10:59
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017