Azərbaycan yığmasında oynamış futbolçu İngiltərə klubu ilə anlaşdı

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının üzvü Sərhat Taşdemir özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Bakston”la anlaşıb. 2000-ci il təvəllüdlü yarımmüdafiəçi U-19 yığmamızda oynadıqdan sonra U-21 və əsas milliyə dəvət edilməyib.

Futbolçu karyerası ərzində “Flayd”, “Piterboro”, “Oldham”, “Barnet” klublarında oynayıb.

Onun bu yay Azərbaycan klublarından birinə keçəcəyi iddia edilirdi.

Xatırladaq ki, yarımmüdafiəçi U-19 yığmamızın heyətində Avropa çempionatın seçmə mərhələsi çərçivəsində üç oyunda meydana çıxıb.

Tarix: 12 Avqust 2022 / 13:44
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017