Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu

Peşəkar Futbol Liqasında yeni vitse-prezident vəzifəsi yaradılıb.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yeni yaradılmış vəzifəyə artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olunub.

Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində işləyir. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. A.Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

Tarix: 12 Avqust 2022 / 17:00
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017