"Meydana çıxmayan futbolçulara da şans verməyi düşünürük"

Azərbaycanın U-23 yığmasının baş məşqçisi Mərakeşlə matçdan sonra affa.az-a açıqlama verib.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Samir Əliyev görüşlə bağlı bunları deyib:

“Turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik, tam olaraq istədiyimiz heyəti gətirə bilmədik. Rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə aparırıq. Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi. Komandanın hər bir üzvünə həm ilk, həm də ikinci oyunda bütün bacarıqlarını nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Hava şəraitinin isti olması, rəqiblə müqayisədə fiziki durumumuzun istənilən səviyyədə olmaması oyunumuza təsir göstərdi. Birinci hissədə əzmkarlıq nümayiş etdirdik və fasiləyə hesabda üstün yollandıq. Rəqibin oyununu təhlil etmişdik".

Əliyev komandanın yarımfinaldakı ehtimal rəqibindən də söhbət açıb: "​Bilirdik ki, oyunun gedişində müəyyən boşluqlar buraxacaqlar. Ehtimalımız özünü doğrultdu. Təəssüf ki, imkanlardan tam istifadə edə bilmədik. Epizodları dəyərləndirə bilsəydik, hesab fərqli olardı, yarımfinala heç-heçə ilə yox, qələbə qazanaraq vəsiqə qazanardıq. Əsas odur ki, mərhələni adlayıb yarımfinala vəsiqə qazandıq. Uşaqlar nümayiş etdirdiyi futbolla, əzmkarlıqla, əziyyətləri ilə buna layiq olduqlarını göstərdilər. Yarımfinalda rəqbimizin Türkiyə millisi olacağı ilə bağlı ehtimal böyükdür.  Növbəti oyunda indiyə qədər meydana çıxmayan futbolçulara da şans verməyi düşünürük”.

Tarix: 12 Avqust 2022 / 19:13
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017