Nazir millimizin üzvləri ilə görüşdü - FOTO

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Mərakeş yığması ilə oyundan əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar.

Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu (2:2) izləyiblər.

 

 

 

Tarix: 12 Avqust 2022 / 21:48
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017