İslam Həmrəyliyi Oyunlarında növbəti medal

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 1 medal qazanıb.

Sportal.az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (65 kq) gümüş medal əldə edib.

O, finalda qazaxıstanlı Yelena Şaligina ilə görüşüb. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb.

Bu gün daha bir təmsilçimiz qızıl medal qazanıb. Kişilərin güləşində Eldəniz Əzizli 55-kqda çempion olub.

Tarix: 12 Avqust 2022 / 22:22
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

5 Oktyabr 2022
4  DekabrOktyabr 2017