"Oyun da göstərdi ki, Türkiyə səviyyə cəhətdən bizdən üstün komandadır"

V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində keçirilmiş Türkiyə U-23 - Azərbaycan U-23 oyunundan sonra milli komandamızın baş məşqçisi Samir Əliyev affa.az saytına açıqlama verib.

Sportal.az xəbər verir ki, Əliyev yığmanın finala adlaya bilməməsindən söhbət açıb:

"Güclü rəqibə qarşı mübarizə apardıq. Türkiyə millisi turnirin əsas favoritlərindən biridir. Oyun da göstərdi ki, səviyyə cəhətdən bizdən daha üstün və hazırlıqlı komandadır. Buna baxmayaraq, futbolçularım sonadək mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Təəssüf ki, minimalhesabla məğlub olduq".

Xatırladaq ki, matç Türkiyənin U-23 yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz isə üçüncülük uğrunda mübarizədə Əlcəzairlə qarşılaşacaq.

Tarix: 15 Avqust 2022 / 10:16
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017