"Trabzonspor" müdafiəçi ilə yollarını ayırdı

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi sol cinah müdafiəçisi İsmail Köybaşı ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Bordo-mavilər" 33 yaşlı türk futbolçuya müqaviləsinin ləğv olunmasına görə 2,3 milyon TL təzminat ödəyib.

 

Qeyd edək ki, İsmail Köybaşı 2021-ci ilin yayından "Trabzonspor"da çıxış edirdi. Türkiyə millisinin keçmiş üzvü komandanın heyətində 18 matçda meydana çıxıb.

Tarix: 15 Avqust 2022 / 19:58
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017