"Qalatasaray" nigeriyalı ilə yollarını ayırdı

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Jesse Tamunobaraboye Sekidika ilə yollarını ayırıb. Bu barədə "sarı-qırmızılar"ın mətbua xidməti məlumat yayıb.

 

Nigeriyalı vingerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Jesse Sekidika "Qalatasaray"a 2020-ci ilin yanvar ayında "Eskişehirspor"dan transfer olunmuşdu. 26 yaşlı futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.

Tarix: 15 Avqust 2022 / 20:44
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017