Yığmamızın sabiq üzvləri birinci divizion klubunda

Yeni mövsümdən birinci divizionda çıxış edəcək "Mingəçevir" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsümü “Zirə”də keçirmiş Rüstəm Nuriyevi heyətinə qatıb. Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü qarşıdakı mövsüm “Mingəçevir”də oynayacaq.

Ondan savayı “Qəbələ” və “Kəpəz”in əsas komandasında oynamş Roman Hüseynov də birinci divizion klubuna qoşulub. Azər Haşımovun rəhbərlik etdiyi kollektiv bu futbolçularla yanaşı Həsrət Mürsəlov, Nazim Rəhimov Pərvin Zeynalov və Əmrah Məmmədlini də heyətinə qatıb. 

Mirbağırağa

Tarix: 16 Avqust 2022 / 11:16
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017