"Qəbələ"nin 800-cü qolunun müəllifi: "Çox şanslıyam" - FOTO

"Qəbələ" Premyer Liqanın 2-ci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gələrək mövsümdəki ardıcıl ikinci qələbəsini qazanmış oldu.

Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu matçda 800-cü qol həddinə çatdı.

Komandanın yubiley qolunun müəllifi Rövlan Muradov “feysbuk” səhifəsində bununla bağlı paylaşım edərək bunları yazıb:

"Qəbələ" klubunun 800-cü qolunu vurduğum üçün çox şanslıyam. Birlikdə daha çox uğurlara doğru!".

Xatırladaq ki, Muradov bu matçda komandasının ilk qolunun müəllifidi. Digər qolları isə Murad Musayev (10-cu dəqiqə) və Felipe Santos (20-ci dəqiqə) vurub.

Tarix: 16 Avqust 2022 / 11:33
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017