"Viktoriya"nın müdafiəçisi: "Qarabağ"a qarşı oyunu səbirsizliklə gözləyirəm"

Çexiyanın “Siqma” klubundan “Viktoriya”ya keçmiş Vaçlav Yemelka Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la görüşləri barədə danışıb.

Sportal.az xəbər verir ki, “iSport”a açıqlama verən çexiyalı futbolçu bunları deyib:

“Böyük hədəflər uğrunda mübarizə aparmaq üçün Plzen klubuna keçmişəm. Şadam ki, bu keçid gerçəkləşdi. Bəli, uşaqlar komandanı pley-off mərhələsinə çıxarıb. İndi mən “Qarabağ”a qarşı oyunu səbirsizliklə gözləyirəm. Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacam. Görək də necə olacaq. “Qarabağ”la görüşü səbirsizliklə gözləyirəm”.

​27 yaşlı müdafiəçi 2020/2021 mövsümünü “Löven”də icarə əsasında keçirib. O, Çexiya millisinin üzvüdü.

Tarix: 16 Avqust 2022 / 11:48
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017