"Arsenal"ın qapıçısı Türkiyə klubunda

"Arsenal" qapıçı Runar Aleks Runarssonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Türkiyədə davam etdirəcək. İslandiyalı "əlcək sahibi" 2022/2023 mövsümünü icarə əsasında "Alanyaspor"da keçirəcək. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Runar Aleks Runarsson "Arsenal"a 2020-ci ilin yayında Fransanın "Dijon" klubundan transfer olunub. O, son mövsümü icarə əsasında Belçika "Leven"ində keçirib.

Tarix: 16 Avqust 2022 / 14:15
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017