"Mançester Siti" ispaniyalı müdafiəçi transfer etdi

İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Anderlext"dən Serxio Qomesi transfer edib. Bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

 

21 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. "Mançester Siti"nin ispaniyalı futbolçu üçün Belçika klubuna 13 milyon avro ödədiyi bildirilir.

 

Serxio Qomes "Anderlext"ə 2021-ci ilin yayında Dortmund "Borussiya"sından transfer olunmuşdu. Gənc oyunçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 49 matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 16 Avqust 2022 / 14:32
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017